Sən varlığın eynisən, buna sözmü var?Ürəyisən, beynisən, buna sözmü var?Gecələr ay sənindir, gündüzlər günəşkainat kimi!Hər şey gözəlləşmədə, sən də gözəlləşbu həyat kimi.Varlığın rəngi sənsən, ahəngi sənsən!Çiçəklərin, nurların çələngi sənsən.Bülbülün qarşısında açıl, şirinləşqızılgül kimi!Hər şey dərinləşmədə, sən də dərinləşbir könül kimi!Dərinlik çox gözəldir, sadə olursa,Nə çıxar o şeirdən başımı yorsa?Mənalı səslərinlə, şerim, incələşbir kaman kimi!Hər şey sadələşmədə, sən də sadələşhər insan kimi!Doğrudur, zərifliyin adı başqadır;Qüvvətə gəl, qüvvətin dadı başqadır.Ölkələr silahlanır, sən də silahlanölkələr kimi!Can deyə, canan deyə cəbhədə şaxlanbir əsgər kimi!Hər kəs bilir həyatın sonu ölümdür,Ah bu qəmli dəyişmə yaman zülümdür.erim! Bu gülünc oyun bəllidir yarınbizi də bəklər;Sən də öl mənim kimi, fəqət məzarınolsun ürəklər!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri