Olduqca qayğılı, olduqca qəmli,Sadə mənzərəli, sadə görkəmliYalnız ağac baxır bir dağ başından.O hansı əyyamın iğtişaşından,Hansı zəlzələdən olmuş müztərib?Düşünür təklikdə sanki bir qərib.Sarmış çevrəsini inadlı bir çən,Danışır haqqında hər gəlib keçən.Sanki fələklərin fırtınasından,Bir yavru ayrılmış öz anasından.O, yoxsa kimsəsiz bir çobanmıdır?Sürüdən ayrılan bir ceyranmıdır?Sularda, dəhşətli göy dalğalarla,Atəşin zərbəli qasırğalarlaSarsılan çarəsiz bir yelkənmidir?Onun gözlərində həyat şənmidir?Bu yanda səfalı qalın bir orman,Yaz olsun, qış olsun, gülür hər zaman.Quşların nəğməsi, suların səsi,Ətirli güllərin sərin nəfəsiDavasız dərdlərə gizli əlacdır.Məni düşündürən yalnız ağacdır.Zavallı qardaşım! Böylə keçərsə,Əbədiyyət sənə qanad da versə,Səndən qalmayacaq nişan dünyada,Dirilik eşqilə coşan dünyada.Bir tufan qopacaq, saralacaqsan,Bir şimşək vuracaq, qaralacaqsan.Başında oynayıb qəm buludları,Sökəcək bağrını ölüm qurdları.Mən də sənin kimi yalnız ağacdım,Təklikdən usanıb axırda qaçdım.Qəlbimlə, ruhumla qoşuldum elə,Düşüncəm sakitdir o gündən belə.Bax, indi mən hara, yalnızlıq hara?Azad fikirlərə, azad quşlaraQəlbimin hər gözü bir aşiyandır,Bədbəxt bu dünyada tək yaşıyandır!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri