Bəsi ənduhi ğəm çəkdün dila, dildarı tapınca,Olub ayru-nun-fəraqından anun didarı tapınca.

Bəlakeş qumri nalani-bahar oldu sana müjdə,Fəğanlıq bülbüli-bixanüman gülzarı tapınca.

Xuraman gəldi ol dilbər pərişan kakili hər yan,Oyangil, ey qara bəxtim səni kim, yarı tapınca.

Ləbi ğönçə, beli incə, saçı sünbül, gözü nərgis,Dodağı abi-heyvanü yüzi gülnarı tapınca.

Məqtə — şairin təxəllüsü olan son beyt. Nə güldən xürrəmü nə səbzədəndür Kişvəri xürrəm,Məgər kim, desələr ol sərvi-gülrüxsarı tapınca.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq