Ey qara saçın sənün zəncir Məcnun könlümə,Yoxdur andan hiç tədbir Məcnun könlümə.

Aşiq olmazdı yəqin gər dərdi-hicran möhnətiQılsa bir müşfiq rəfiq təqrir Məcnun könlümə.

Gözlərün fikrində gər olsam gecə peykan kibi,Sancılur kirpikləri bir-bir Məcnun könlümə.

Ötmiş andan könlümün viranlığı kim, bir daxı,Qılsa me’mari-qəza tə’mir Məcnun könlümə.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ta əlimdən getdi ol zülfi-pərişan, Kişvəri,Vacib oldu naleyi-şəbgir Məcnun könlümə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq