Gözüm eydür könlümə: şol huri-məhvəşdən saqın,Könlüm eydür: yürü sən1, var san şol, gözü qaşdan saqın.

Könlümü gözüm xəyalünə vətəndir gərçi kim,Ey sənəm, billah, lütf et, abu atəşdən saqın.

Ey bəlalü dil-şikəstə, vey pərişan-hal, eşidSözümü: şol cadi sünbül, zülfi-sərkəşdən saqın.

Sana gər rüsvayi-xəlq olmaq gərəkməzsə, a dil,Yürü var şol məsti-cadu iki sərxoşdan saqın.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ol həbibi-bivəfanın qövlinə inanma sən,Ey Həbibi, sana dedim abu atəşdən saqın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq