Ey ağzı qönçə, çöhrəsi gül, xətləri səmən
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ey ağzı qönçə, çöhrəsi gül, xətləri səmən,Zülfi bənəfşə, hüsni çəmən, boyu yasəmən.
Sahib cəmalü əhli-kəmal, şəkkərin məqal,Yusif sifətli, İsa nəfəs, vəchidə Həsən.
Ey könlü səngü adəti cəng, xuyi həm pələng,Haz eyləyən, kirişmə qılan, aşiq öldürən.
Yox-yox, xəta dedim, qələt etdim, koc anladım,İşi vəfa və könlü səfa, aşiqin sevən.
Məqtə — şairin təxəllüsü olan son beyt. Az eylə, ey Həbibi, şikayət ze cövri-dust,Dərdi-bəladən inciməsin aşiqəm deyən.
Kitabxana.az · https://kitabxana.az/works/habibi-ey-agzi-qonce-cohresi-gul-xetleri-semen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey dustan, (ey dustan) yarım mənə uymaz, nedim?Ömrüm kimi getdi rəvan şol şəmi-can qıymaz, nedim?
Can alıcı xuni gözün bir dəm aman verməz, nedimCan alıcı xuni gözün bir dəm aman verməz, nedim?Dil-xəstəyə kirpiklərün ol dəxi can verməz, nedim?
Müstədam olğıl həmişə, ey gözəl xanım mənimMüstədam olğıl həmişə, ey gözəl xanım mənim,Gözləri nərgiz, yüzü gül, zülfi reyhanım mənim.
Mən ki, ləlin can yerində görmüşəmMən ki, ləlin can yerində görmüşəm,Dərdini dərman yerində görmüşəm.
Başqa şairlərin şeirləri · Eşq
Eşitcək bu sözü təbim həzan dilkəbab oldu,Açıb dürci-dəhanın əql ilən hazırcavab oldu:
Ey nəşi qalan yerdə, keçən başı eidayəEy nəşi qalan yerdə, keçən başı cidayə,Dur rəhm elə bu əlsiz-əyaqsız üsərayə.
Sevgidir ömürSevməyən insana ömür yedəkdir,Sevənlər söyləməz ömür gödəkdir!
“Sirdaş” nədir dedim...Son günlər üzünü qəmli görəndəKönlümə od salır bu halın sənin.