Həyat! O çox zaman görünür iyrənc,Bu səhnədə min bir qanlı pərdə varSən bu çətinliyə düşsən də, ey gənc,İçində saxlanan qüdrətə yalvar!Zaman! O amansız, qatil bir düşkünBəzən dünyaları döyər şiddətlə.Səni də məhv etmək istərsə bir gün,Hər şeyə qarşı çıx, həm də cürətlə.Cürət! Odur bizi güldürən hər an,Cürətsiz bir həyat məhv olur, inan.İştə bu düsturu öyrənib də sən,Ər oğlu ər kimi tab et bəlayə.Mən bu sözlərimlə nə dedim bil sən,Çırpın üfüqlərə, uç etilayə!Ey gənc! Səadəti bir xəyal bilmə,Nə olursa-olsun, yalnız əyilmə!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri