Ey gözləri piyalə və ey qaşları qələm,Dərdi-fəraqin ilə Əli, az qalır öləm!

Şövqi-vüsal ilə edərəm şad könlümü,Vəslin, bala, nə vəqt edər abad könlümü?Sən etmisən əsir o azad könlümü,Sənsən səbəb əgər ürəyim bağlaya vərəm.

Mən düşmənəm cənabüvə, yainki yaruvam?Hər kəs bilir ki, aşiqi-biixtiyaruvam!Mən neylərəm bahari, sənin intizaruvam,Zənn eyləmə ki, fəsli-bahar ilə xürrəməm.

Hər vəqt qəm edərdi məni çaki pirəhən,Siqar ilə edərdim o məlunə həmla mən,"Zərd əvvəl" eyləyib putuna zəm on tümən,Minbəd edərmi bir də o üşşaq dəfi-qəm?

Bəski, salıb tütün Güneystanə şurişin,Tiryakilər çəkir gecə damlarda "Ya Hüseyn!"Vermişlə əl-ələ, bala məzlum seyyideyn,Məşd İsmayıl, birinci, ikinci, üçüncü həm.

Viran edirlə xakeyi-əqli əsasidən,Baci-xərac alırla zikurü ünasidən,"Əlli nömür" yuxarıdır on beş abasidən,Qorxum budur özün asa əşxasi-bidirəm.

Zülmün tülui dəm-bə-dəm, eylər ziyadraq,Xasə o "bərgi-səbzü", "bayqara" və "şeşqulaq".Yox çarə, qeyr əzinki Tükəzbanı boşluyaq,Bu qədri məsrəf ilə necə saxlayaq hərəm?

Versək hər il iyirmi tümən çayə maliyat,Vursa beş-altı silli də xəlqə duxaniyat,Biçiz millətin üzünə bağlanar Fərat,Nari-səfalət ilə yanar xaneyi-əcəm.

Çayın ki, yoxdu mənfəəti, suvay....Sat çayidanı, etmə onunla alış-veriş.Çəkmə siqarə, eylə bir az hövsələn geniş,Artırsa qəm hərarəti, qoydurgilən həcəm.

Çay içməsəm səhər gedərəm ixtiyaridən,Siqarəsiz səsim gələr qəri-məzaridən,Zülmi-tütün çoxaldı, çıxın bu diyaridən,Xasə "Məhəmmədiyyə", edir xəlqə çox sitəm.

Çıxmaq məgər rahatdı, çıxım, ey filan, filan!Yol xərci, puli-təzkirə və rişvə min qran,İnsan necə bu bari-səqilə verə təkan?"Al daluva!"-deyərlə mənə; mən məgər xərəm?

Beş yüz tümən məvacib alır bir nəfər gəda,Beş yüz tümən də rişvə yeyər, va Məhəmməda!Mən gər deyəm o zalimə: "Yoxdur xuda-muda!"Əqrəb kimi o saat edər quyruğun ələm.

Ya dini-məzhəbi edin inkar misli-mən,Ya əl çəkin o xanəbərəndaz zülmüdən.Lənət əvam dininə yeksəd həzar mən,İrani yıxdı, etdi misali-sərayi-Cəm.

Piri-zəif tərk edə bilməz siqarəni,Dəva günü cavanlar edər rəf düşməni.Qorxum budur əsir edə İkramiyə səni,Zira ki, çox rəşididi Möcüz o dud-dəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri