Olubdur
Bu dünya mülkündə, qədim zamanda,Neçə-neçə nahaq qanlar olubdur.Vətəni uğrunda canından keçən,Babək kimi qəhrəmanlar olubdur.
Süleyman başına qoyan təki tac,Balıqdan dəryada istədi xərac,Pir olmuş, olmaz o padşaha möhtac,Neçə belə Süleymanlar olubdur.
İsgəndər at sürdü şimala-şərqə,Göz dağı çəkdirdi cənuba-qərbə,Beş arşın kəfənlə qoyuldu qəbrə,Bilal, belə çox xəqanlar olubdur.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-mirze-bilal-olubdur
← → düymələri ilə keçid, R — təsadüfi şeir