Geyib gülgun qəba sərvim durub gülzar arasında,Sanasan şaxsari-güldürür gülnar arasında.

Gözümdən, ey kəmanəbru, sərasər keçdi peykanın,Bir əndək saxladım bu dideyi-xunbar arasında.

Siyəhpuşu pərişan olduğumdan məqsəd oldur kim,Gəzəm bu rəng ilə ol türreyi-tərrar arasında.

Nə vəch ilə tutub xət səfheyi-rüxasın ol şuxun,Olur, qanuni-xətdir, bir əlif rüxsar arasında

Səhər pərvaz edəndə zülfi-mişkin dövri-ruyində,Görən der: zağlardır gülşənin oynar arasında.

Gözü qəmzən gəlib can qəsdinə, əmma budur vəhmim,Düşə nahaq yerə qanlar iki sərdar arasında.

Səgi-kuyində tutsam cəng, tut məzur, sultanım,Eşikdə qilü-qal olmazmı xidmətkar arasında?

Qaçıbdır tənədən Fərhad kuhə, Qeys səhraya,Mənim tək daşlanan kimdir dərü divar arasında?

Hərimi-məhrəmi-bəzmi-səri-kuyin olan ZakirRəvadırmı gəzə biganəvar əğyar arasında.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar