Ey yığılan canlar, minnət eyləyin,Dursun, o gözəllər şahı oynasın.Dəst tutsun Ütarid, Zöhrə, Müştəri,Fələgin şəms ilə mahı oynasın.

Sərasər əlvanə batsın gül bədən,Siyah zülfün töksün qamətilə tən.Demənəm oynasın ta axşamadən,Gah otursun, gahi-gahi oynasın.

Salıban piləkduz cuna başına,Sürmə çəksin həm gözünə, qaşına;Can nəqdini verək biz şabaşına,Eşq əhlinin qibləgahı oynasın.

Odur bizim sultanımız, xanımız,Yolunda qoymuşuq din-imanımız;İntizar çəkməkdən çıxdı canımız,Bəsdi bu nəzakət, dahı oynasın.

Şikəstə Zakirəm, görüb karımı,Dağıtdım yolunda yoxü varımı;Aparıb əqlimi, ixtiyarımı,Xahi oynamasın, xahi oynasın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri