Yar demişdi gələn bayrama gəlləm,Ömür başa yetdi il arasında.Tutub səri-zülfün, dönüb başına,Şanə tək gəzəsən tel arasında.

Qaydasıdır, qara çarqat bürünür,Siyah zülfün ucu yerdən sürünür.Nə göyçək yaraşır, nə xoş görünürMina, inci kəmər bel arasında.

Gözümün yaşına qərq oldu tənim,Bu hal ilə işim müşküldür mənim.Səndən ayrılandan, ey gülbədənim,Həq bilir, qalmışam sel arasında.

Piranəsər könül hər kimə yetər,Uşaqtəbiətdir, gördüyün istər.Onun sözlərinə qatışma, dilbər,Dəli yola gedər el arasında.

Zakir, etibarı yoxdu dünyanın,Aldanma xeyrinə, şərrinə anın.Qoygilən başını bəyaz püstanınCan ver şirin-şirin, öl arasında.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq