Dilbər, neyləmişəm, nədir günahım,Baxar mənə özgə sayaq gözlərin.Bir quru qəfəsəm, yetişən kimiAlıbdı canımı bayaq gözlərin.

Dəlik-dəlik eyləmişdi sinəmi,Dedilər ki, gəlir sala mərhəmi;Dəxi də artırdı qəm üstən qəmi,Nə yaxşı yoxladı naçaq gözlərin.

Qəmzən həramidi, qəddin qiyamət,Aşiqlər içində salıbdır afət.Yay tutmaqda, ox atmaqda, nəhayət,Hamıdan mahirdi qoçaq gözlərin.

Hər kim yana onun iştiyağına,Gərəkdir əl qata cigər yağına;Gördü ki, əyilib qaşın tağına,Tez verdi müjdədən dayaq gözlərin.

Həzər eylə, bir bax pərvərdigarə,İncitmə aşiqi bir də dübrə;Ver hüsnün zəkatın Zakiri-zarə,Olsun bəlalərdən iraq gözlərin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq