Zur etdi dəhr möhnəti canə yavaş-yavaş
Zur etdi dəhr möhnəti canə yavaş-yavaş,Cəsm oldu tiri-çərxə nişanə yavaş-yavaş,
Kibrü qürurdən,-dedi,-en, əvvəl enmədim,Dediyin etdi dövri-zəmanə yavaş-yavaş.
Qovğa günü bəgənməz idim hərbi-Rüstəmi,Zali-fələk gətirdi əmanə yavaş-yavaş.
Xoş gəlməz indi səmimə, bilməm səbəb nədir,Avazü-nayü çəngü təranə, yavaş-yavaş.
Eyşü nişatdən soyuyub meylü xatirim,Olmuş füzun ahü fəğanə yavaş-yavaş.
Diş düşdü, ağzım oldu uçuq xanədən betər,Dağıldı dürri-cəncü xəzanə yavaş-yavaş.
Hər qanda bir məh olsa mənə mehriban idi,Mehr etməz indi sahibi-xanə yavaş-yavaş.
Tutub üzümə gedər idim dust kuyinəBir töhfə əldə olsa bəhanə, yavaş-yavaş.
Zakir, kəs iltifatını bu dəhri-fanidən,Təslim eylə cani cananə yavaş-yavaş.
Kitabxana.az · https://kitabxana.az/works/zakir-zur-etdi-dehr-mohneti-cane-yavas-yavas
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Badi-səba, mənim dərdi-dilimiOl büti-zibayə dedin, nə dedi?
Bir saat havada qanad saxlayınBir saat havada qanad saxlayın,Nizam ilə gedən qoşa durnalar!
Badi-səba, söylə mənim yarımaBadi-səba, söylə mənim yarımaGözəllər çıxıbdı seyranə, gəlsin!
Həqdi, gözəl çoxdu cahan içindəHəqdi, gözəl çoxdu cahan içində,Gözəldə bir neçə nişanə gərək.
Başqa şairlərin şeirləri · Fələk və tale
Fələk heç kimsəni, yarəb, nigəran eyləməsin,Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,
Pişvaqiədən: Çərx hirətdədir aya nə təmayüldə imişÇərx hirətdədir aya nə təmayüldə imiş,Meyli-xurşidi-fələk hansı şəmaildə imiş
XavərəAğzı xeyir sözlüm, incimə məndən,Yar yardan ayrılmaz, bülbül çəməndən.
Ayağa salmazGəzdim, kəşt elədim yaxın-uzağı,İndi səfbrimdi ayağa salmaz.