Dünyada
Qafil könlüm, aç gözünü, ayıq ol,Qaranlıq qəflətdə yatma dünyada.Hər bir zəmanənin bir tarixi var,Məqamı gələndə ötmə dünyada.
Əyrilər işləməz düz bazarında,Ariflər seçilər göz bazarında.Gövhəri sərf eylə, öz bazarında,Bazarı olmasa, satma dünyada.
Düşməninə xədəngini gözlə vur,Mərd dostuna aç sirrini, gözlə vur.Şikarını bərəsində gözlə, vur,Əfsanə oxunu atma dünyada.
Mərd igid dostuyla düz ülfət eylər,Günbəgün artırar, məhəbbət eylər.Müxənnət həmişə xəyanət eylər,Namərdlə ülfətin qatma dünyada.
Qeybətə uyuban süxənkar olma,Dosta yalan satıb günahkar olma.Şeytanın qövlünə tərəfdar olma,Günaha, bavala batma dünyada.
Hüseyn, gedişatdan olma bixəbər,Həqiqəti müdam söylə sərasər.Sabir tək səy ilə cəm eylə dəftər,Ayrı bir iş, peşə tutma dünyada.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-huseyn-bozalqanli-dunyada
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Badi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
Nə bəhsə girmisən, ey qönçə, görcək ləblərin yarınNə söylərsən, sual etdikdə səndən lütfi-göftarın?
Əcəb yüzin görən necə qılar tabƏcəb yüzin görən necə qılar tab,Çu andan bibədəl olur şeyxlə şab.
یکی پرسید از سقراط کز مردن چه خواندستی؟بگفت ای بیخبر، مرگ از چه نامی زندگانی را؟