Yön çevirib bir məclisə varanda,Ağır otur, sağa-sola danışma.Hərcayı söyləmə, pis adamlar tək,Laf edibən gülə-gülə danışma.

Sözün tutma hər azğının, axmağın,Xoşlanılmaz aralıqdan çıxmağın.Layiq deyil başa qaxınc qaxmağın,Öz eybini bilə-bilə danışma.

İnsan gərək hər məclisdə sayılsın,Həqiqətdən danış, “Əhsən!” – deyilsin.Kəlmə çıxart, şirin cana yayılsın,Aşırıb sözünü zilə, danışma.

Hər gizli sözünü söylə qanana,Aşiq olma şər-böhtana, yalana.Sirrin vermə hər üzünə gülənə,Tez düşəcək dildən-dilə, danışma.

Yazıq Hüseyn, əhdin yetər yerinə,Çək sözünü şəriətə, dərinə.Satginan mətahın xiridarına,Hər söz anlamaza, mala danışma.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri