Səyyad olub ov bərəsin keçəndə,Yaxşı yerdə yaxşı gözlə, yaxşı yat.Ovun gəlib bərəsinə çatanda,Sərvaxt dayan, dürüst tuşla, yaxşı at.

Bekar arvad cavan əri qocaldar,Əsil arvad çox dərdini azaldar,Üç şey deyim insan başın ucaldar,Yaxşı səxa, yaxşı süfrə, yaxşı ad.

Arsız qohum xalqı sənə güldürər,Pis qardaşın dərdi adam öldürər,Hüseyn deyər, yralsan da qakhrar,İgid düşmən, ilqan dost, yaxşı yad.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri