Dəymə fələk, dəymə mənə,Ümmanda qərq olan mənəm.Hicri-qəmin qucağındaDəryada qərq olan mənəm.Düşmüşəm qəm dəryasına,Dinib - danışa bilmirəm.Gözlərim baxmır sözümə,Sellərdə qərq olan mənəm.

Qəm mülkünün paşasıyam,Virandı könlümün mülkü.Ax, ay zalım, zalım, zaman,Yıxmısan binəmi bil ki!Gəlin görün nə haldayam,Bəyənmir aslanı tülkü.Sönüb könlümün günəşi,Tufanda qərq olan mənəm.

Dindirməyin məni, ellər,Yaram sağalmaz yaradı.Danışmağa halım yoxdu,Hər yerim para - paradı.Desələr ki, Aşıx Heydər,Bir topdağıtmaz qaladı.Qızıldan taxtım olsa da,Yeksanda qərq olan mənəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri

Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə

Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə**Bir şəbi-deysur ki, sərməstani-büqayi nur badeyi-nəvamisdin məxmur və əsbabi-vəqayeyi-həvasdin məhsur idi. Ol gesəbəni-zar bir neçəyar iləç ün mahü səyyar bidarü şəb zindədar, gah mühibbi-razəsəlis vəmətlubeyi-niyazə ənis vəzəmani xümxaneyi-həsrətdin badənuşvə əşki-heyrətdin gülfüruşolub vəsaəti tərkibi-mükəvvinatdəsayiqü lahiq vətərkibi-əşkaldin nətayisi-layiq düzüb, vəqti seyri-müluk ratibəsindən mütəfəkkir vəaşiqü məşuq taifəsindin mütəzəkkir yekan-yekan tedadi-müstəidani-ferəqi-hər zaman edərkən, nagah süruşi-huşim ərseyi-xatirəbu möhməl məzmun yeritdi ki, aya nəsəhətdin müxəddəreyi-nəğli-Vərqavü Gülşa bavüsudi-sihazi-eşqihəqiqət təraz iləsəramədi-səhan vəhüsni-səmalda nəvadiri-dövrandurlar, bəzmi-məhəbbətdəüşşaqi-əzmanəsabiq vərəzmi-xüsumətdəRüstəmidastanəfayiq, meydani-hisrdəsərbazlıqlarıməşhur və əvani-zəsrdə vəfadarlıqlarımənşur. Əselle fohul, bəlağətpişeyi-farsi zəbanan valeh, qəbulifəsahətəndişeyi-türki bəyanan ədəmi-etibariləo bəyanın izdivasından xatirihəzimət vərüxsareyi-əzimət döndərüb, leyaliyi-əfkar və əyyami-emardəol bakirəyəhəmağuşvəol sovdayəhəmduşvəsami-zülal nəqllərindin badənuş olməmişlər. Bu ehmal zahiri-hal ol iki ruhə şəsereyi-məhəbbətəmüəddayixələlü pecman vəmouresi-zələlü xüsran olmağı əsəldin mizani-etibardəol kamil əyarlərin əyari-kari nöqsan vəol sərvi-sənubər nihadlar bir təərrüzibidadəulaşub hədəfi-tiri-təvəhhümi-xəta olalar. Bu haləmüqarin təlieyiilhamü iradat qəlbi-münkəsiriməbu iradət buraxdıvəgərdəni-idraki-xatirimə qəlladeyi-feyzi-izaət taxdıki, ey qəriqi-bəhri-təhəyyürü qəmanü həriqi-atəşitəfəkkürü hirman, əni Məsihiyi-natəvan, guya qayəti-qeyrətü vəfa vənəhayətiisməti-səfa rəva görməmişkim, ol pərdənişini-iffət vəbəzmi-ayini-şəhadətlərinin pərçəmi-əlamlarıhəvagir vənami-namiləri ifşapəzir olub, məhafilü məsalisdəhər bidərdədərdi-zəban vəhər naməhrəmərətbül-lisan ola. Nişəkim bu əzmandəçehreyi-müsameəhelyeyi-vəfa bədəlinəarayişinifaq düzülmüşvəsilsileyi-vəsləti-həqiqət təlsiq vəiqdi-əqidəti-məvəddət tənsiq bilkülliyyəüzülmüş, meyi-məhəbbəti-həqiqi, badeyi-məvəddətiməsaziyəzirdəst vənəşeyi-üzubəti-sami-ələst mərarəti-xümari-küdurətdən pəst olmuş. Çün il iki sitəmrəsideyi-aləmşühud gövhərləri ziar vəsövhərləri vəfadar vəalimiqdar idi, fələki-kəsrəftar ki, lazal işi, dəvarişi qəddarlıq və

Məsihi5 dəq
Bu Leyli Leyli

Ey ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli

Alagözlü1 dəq
Oynar

Yenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.

Mirzə İsmayıl MəhzunQəzəl1 dəq
Şayistədir, ey murşidi-kamilim

Şayistədir, ey murşidi-kamilim,Dostlar arasında etibar ola.

Aşıq Pəri1 dəq