Mən neylirəm o dilbəri, şirindil olmasa?Bülbül baharə eşq yetirməz gül olmasa!

Məcnunun eşqi Leylinin artırdı şöhrətin,Qədri bilinməz idi gülün, bülbül olmasa!

Əhd etmişəm ki, hər gözələ mail olmayım,Mənsiz bəlalı könlüm əgər mail olmasa!

Dərdi-fəraqə badə özü bir əlac edər,Yoxsa bu dərdə kim dayanar, qafil olmasa?!

Canan cəfasını çəkən aşiq rəva deyil,Vəsli-nigarinə o əgər nail olmasa!

Cövr eylədikcə yar mənə, istərəm onu,El sevməz, hər ağacda bəhər hasil olmasa!

Vahid, könüldə eşqimi mən gizli tutmaram,Ürfanıma təərrüz edən cahil olmasa!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq