Gecə-gündüz həsrət çəkən gözlərim!
Gecə-gündüz həsrət çəkən gözlərim!Səbr eylə, yetirrəm dildarə səni.Necolsa sürtərəm xaki-payinəO şuxun, yalvara-yalvarə səni.
Müddətdi görünməz ol cəmalı gün,Çəkilib köksümə yüz dağü dügün.Ya ölərəm, ya da yetirrəm bu günO iki nərgisi-bimarə səni.
Qan tökərsən birdən ayrı düşəndə,Xəlq içrə abi-ru qoymadın məndə;Dəxi bir də gətirmərəm gələndə,Tapşırram türreyi-tərrarə səni.
Hər yerdə ki, görsən bir səhi gərdən,Əqlini, huşunu aparır sərdən;Bir adam yoxdu ki, bu bəlalərdənÇıxarıb bir kərrə qurtara səni.
Baxa-baxa xalü xəttə, üzarə,Zakirin gününü eylədin qarə;Bir dərdə salıbsan, tapılmaz çarə,Görüm ki, olasan biçarə səni.
Kitabxana.az · https://kitabxana.az/works/zakir-gece-gunduz-hesret-ceken-gozlerim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Piranəsərlikdə hərcayi könülHər zaman bir çeşmi-məstanə sevər.
Sevdiyim, bir yerə cəm eyləsələrSevdiyim, bir yerə cəm eyləsələr,Məhvoşi-dövranı, sənə yetişməz.
Sevdiyim, dimədən sellər açılırSevdiyim, dimədən sellər açılır,Hər zaman düşəndə iraq gözlərin.
Sən gedəndən bəri, ey üzü dönmüşSən gedəndən bəri, ey üzü dönmüş,Gözlərəm oturub yol qabağında;