Bu gün ol şuxi-sitəmkarə rəqibdən yaniQıldım izhar qəmü dərdi-dili pünhani,Nalə çəkdim, dedim: ey xublərin sultani,Alıb aramımı ol ləli-ləbin hicrani,Axar oldu gözümün şamü səhər al qani.

Rəsmdir aşiqi-miskini edər şad səba,Günbəgün dərdü qəmi-hicrdən azad səba,Mən də umdum ki, qılır dərdimə imdad səba,Bəs dedim müjdeyi-canan gətirib badi-səba,Dəmə gətirmiş imiş qətlimizə fərmani.

Kim ki, güldü üzümə, mən onu canan bildim,Əqlimi gör ki mənim, can alanı can bildim,Bivəfadır dedilər, onları böhtan bildim,Mehrsiz mahlərin eşqini asan bildim,Bilmədim təni-rəqib öldürümüş insani.

Bir tərəf mütribi-xoşxan oxuyur, çəng tutub,Bir tərəf nayü dəfü bərbət ilə həng tutub,Bir tərəf vaiz onu mən eləyir, cəng tutub,İçərəm, saqi bu gün badeyi-gülrəng tutub,Səhldir hər kişinin qalsa dana divani.

Ey, könül sərvəri-din Əhmədi-Muxtar keçib,Babi-Xeybər dağıdan heydəri-kərrar keçib,Sərbəsər ali-Əli, rövnəqi-bazar keçib,Yığ mətain ki, gözüm, əhli-xiridar keçib,Yoxdu dünyayə vəfa, fərş eləmə dükkani.

Zakir, aldanma cahanə ki, səni vayə salır,Göstərib hüsnü cəmal başını qovğayə salır,Görsə hər yerdə dənitəb ona sayə salır,Xar edir, əhli-dili mehrini ədnayə salır,İmtəhan eyləmişəm dönə-dönə dünyani.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq