Ver müjdəmi, ey dil ki, nigarın gələcəkdir
Ver müjdəmi, ey dil ki, nigarın gələcəkdir,Qönçədəhanü laləüzarın gələcəkdir,Təskin tapacaq naləvü zarın, gələcəkdir,Təhqiq, sabah sevgili yarın gələcəkdir,Ol kim, gələcək – səbrü qərarın gələcəkdir.
Təndə eşidib tabi-təbi-əxkəri-hicri,Dil mülkünə cövrü sitəmi-ləşkəri-hicri,Rəncü, təəbbü, möhnətü şuri şəri-hicri,İxrac-bələd eləməyə sərvəri-hicri,Gülgün geyinib şahsüvarın, gələcəkdir.
Geysuyi-girehgir qəmindən gecələr sənƏfi kimi pürpiç olurdun, bilirəm mən,Hər muyi-sərin başını sancardı çü suzən,Rəsmü rəvişi-aşiqi pərvanədən öyrən,Yox atəşi-rüxsarına varın, gələcəkdir.
Ta sübh edib şəmə gilə badi-səbadən,Dərdin ki, yetirməz şəhə peyğam gədadən;İndi öz əyağilə gəlir lütfi-xudadən,Dön başına, əfsun ilə tut zülfi-dütadən,Qorxma, elə sərrişteyi-karın gələcəkdir.
Pişi-nəzərindən gedəli ləbləri meygun,Peyvəstə gəzirdin əli qoynunda cigərxun;Həm aciz idi çareyi-dərdində Fələtun,Şükr eylə xudavəndi-təalayə ki, əknunMəddi-nəzəri-leylü naharın gələcəkdir.
Bivədə sənin bari-giranü ələmü qəmEtmişdi “əlif” qamətini “nun” sifət xəm,Əhvalına qan ağlar idi hər görən adəm,Sərsəbz olacaq nəxlü-ümidin, genə dər-qəm.Gül-gül açılıb, tazə baharın gələcəkdir.
Düşmə bu təmənnalərə, ey Zakiri-gümrah,Haşa ol əhvali-gədadən xəbəri-şah.Bir vəqt məgər türbəti-qəbrin edə agah,Səndən sora onsuz deyil, əlbəttə ki, ol mahSeyr eyləməyə xaki-məzarın gələcəkdir.
Kitabxana.az · https://kitabxana.az/works/zakir-ver-mujdemi-ey-dil-ki-nigarin-gelecekdir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey gövhəri-pakizeyi-dəryayi-lətafət,Vey kani-həqayiq!
Aslan, qurd və çaqqalGörmüşəm nüsxədə bir türfə misal,Əyyami-sabiqdə bir qurd, bir çaqqal.
Dəvə və eşşəkGörmüşəm nüsxədə bir şərhü bəyan,Yük tutub sabiqən tüccari-İran,
Tülkü və qurdBir rubəhi-kühənsalə gedirdi,Qismət üçün seyri-aləm edirdi.
Başqa şairlərin şeirləri · Eşq
Yalvarma, keçən deyiləm, inanmırsan, inanma,Mən ki and içən deyiləm, inanmırsan, inanma.
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Cahan bağında, ey bulbul, Nigari kimi yar olmazCahan bağında, ey bulbul, Nigari kimi yar olmaz,Mənim tək sinəsi gul-gul bulunmaz, dağidar olmaz.
Ol türki-pərivəş ki, gözü eyni-bəladurOl türki-pərivəş ki, gözü eyni-bəladur,Mehrabi-qaşı bilə gözü qiblənümadur.