Yeri, ey bivəfa, həq varsın işin
Yeri, ey bivəfa, həq varsın işin,Ömrümüzə xələl qatdığın yetər.Yadlar ilə xəlvət aşina olub,Aşikar boynundan atdığın yetər.
Dərdü qəm çəkməkdən cana yetdim mən,İnsafü mürüvvət eyləmədin sən;Yandırıb şəm tək bizi sübhədən,Özün rahət ilə yatdığın yetər.
Gah küsülü olub, gahi barışıb,Bir saat keçməmiş ara qarışıb,Tənəli-tənəli sözlər danışıb,Əlini dizinə çatdığın yetər.
Nə cəfa çəkərik, nə can üzərik,Bu gündən belə də yarsız gəzərik;Daş basarıq bağrımıza, dözərik,Bu qədər özünü satdığın yetər.
Adam gərək bir üz qoya arada,İqrarı, imanı verməyə bada;İncitmə Zakiri bundan ziyada,Bir usan, günaha batdığın yetər.
Kitabxana.az · https://kitabxana.az/works/zakir-yeri-ey-bivefa-heq-varsin-isin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əgərçi dönmədi, ey dil, fələk mədarın ilə,Özü həm olmadı asudə ahü zarın ilə.
Zərdü zəif etsə qəmin hər zaman məniZərdü zəif etsə qəmin hər zaman məni,Filfövr əşki-al qılır ərğəvan məni.
Zülfündümü dövri-rüxü-zibayə dağılmış?Zülfündümü dövri-rüxü-zibayə dağılmış?Ya Çinü Xəta ləşkəri yəğmayə dağılmış?
Yox bu cahanda dilbəri-ziba sənin kimiYox bu cahanda dilbəri-ziba sənin kimi,Firdövsidə məgər ola hura sənin kimi.