Bir ulduza
Yormuşdu bütün ruhumu, əfkarımı alam,Bir dağ ətəyində düşünürdüm təkü tənha.Qarşımda mücəssəm duruyordu səfi ovham,Qəlbim kimi küskün görünürdü bütün əşya.
Fikrim kimi sevdalar içimdə uyuyordu,Qəsvətlə cahan dalmış idi səmt, sükunə.Baxdıqca o səhnə mənə dəhşət veriyordu,Varmışdı bu vulkanlı dənizlər də cünunə.
Nifrətlə çevirdim üzümü göylərə nagah,Cəlb etdi mənim ruhumu tez seyri-kəvakib.Minlərcə səmadə uçuşurlardı o dəm, gahTitrər kimi birdən sönərək olmada qaib.
Ulduzlar içində gözümə dəydi bir əxtər,Məftun olaraq sevdim onu, heyrətə daldım.Aydan daha parlaq, daha incə, daha dilbər.Fərsiz gözümü dikdim ona, həm baxa qaldım.
Zülmət gecələrdə saçaraq nurini, sansızAzmışlara hey göstərir o doğru siratı.Dinlə məni, ol rəhbərim, ey sevgili ulduz,Olmazmı mənə göstərəsən rahi-nicatı?
Kitabxana.az · https://kitabxana.az/works/saiq-bir-ulduza
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Birinci şəkilSəhnə Bərdə sərhəddini təsvir edir. Otlu, çiçəkli, seyrək ağaclı geniş bir açıqlıq, or-*
İkinci pərdəBeşinci şəkilSəhnə Nüşabənin sarayının bağça tərəfində olan geniş eyvanı təsvir edir. Nüşabə,*
Üçüncü pərdəYeddinci şəkilSəhnə Tərtər çayı sahilində İskəndərin ordugahını və çadırlarını təsvir edir.*
Dördüncü pərdəSəkkizinci şəkilNüşabənin sarayı. Nüşabə pəncərə*
Başqa şairlərin şeirləri · Eşq
Yaxşı olur qövm ü qardaşEl başına dönim sənin
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,
Gəraylı: Könlüm istər görəm yarıKönlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.