Çiçək altında bir kiçik kəpənəkDüşüb əfsürdə, çırpınır bipər.Qızınır son günəşdə titrəyərək,Əcələ pəncə fırladır bifər.Çəkilincə günəş həyatı sönər,Sabaha qalmaz artıq ondan əsər.Bu da bir şeri-faniyi-digər.Ya ki məhsullu, qos-qoca bir ağacDevrilib çöldə sərnigun olmuş.Şaxların yolçular edər tarac,Yoluq, əfsürdə, qəlbi xun olmuş.Saralıb yarpağı, zəbun olmuş.Günəşi sönmüş, ömrü dun olmuş.Bu da bir şeri-şakiyi-digər.Bir qoyun çöldə ayrılıb sürüdənDolaşır, yol arar, zavallı mələr.Önünə bir ayı çıxar birdən,Ürkərək qorxudan durub titrər.Ayının pəncəsində hey inlər,İztirabati-qəlbini dinlər.Bu da əhbaba navəki-digər.

Bürüyür kainatı sis və duman.Nagahan sim-siyah olur aləm.Qopar üsyan qılıqlı bir tufan.Gurlar həm arxasınca bərqi-kərəm.Çəkilir sis-duman, olur bərhəm,Açar əzhar, günəş doğar xürrəm.Bu da bir şeri-şadiyi-digər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri