Yasinə bağlar
Sin Allahdı, sin göndərdi, sin kəlam,Sin püşü gətirmiş Yasinə bağlar.Yüz on dörd surədi tam naibə nam,Onlar da ixlasın yasinə bağlar.
Sin günə şəqq olmuş sin aya baxar,Sinədə dəftərin, sin aya baxar.Seyraqub naməhrəm sinaya baxar,Çəkib giribanın yar sinə bağlar.
Sin əlif, sin beyn, sin kəlamısan,Sin çıxar könlündən, sin kəlamı sən.Sin cümlə aləmin sən pənahısan,Məmmədhüseyn xilasın yasinə bağlar.
Kitabxana.az · https://kitabxana.az/works/sair-memmedhuseyn-yasine-baglar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
MİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.
OlurZərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,
MəniLeyli camalını görəndə dilbər,Eylədi Məcnun tək divanə məni.
Sultan HəmidəNərədə qalıb həzreti xeyriil bəşər,Hümmətinə şövq ilə etsin nəzər.