Cavan ömrüm bada gedir əlindən,İnsaf eylə gözdən axan yaşa, yar.Nola bir yol xoş söz çıxa dilindən,Qürrələnib mən də deyəm, – yaşa, yar!

Qurban dedim bu canımı yara mən,Yar incitdi, aldım min cür yara mən.Dodağından dərmanını, yar əmən,Düşkün xəstə yüz illəri yaşayar.

Məmmədhüseyn əldən verməz gülünü,Sənin kimi xoş camallı Güllünü.Sovur göyə intizarın külünü,Solur ömür, artır bir-bir yaş, a yar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri