Sənə
Bitəqsirəm, yoxdu mənim günahım,İndi belə qalıb ixtiyar sənə.Sən rəqibin cəmiəti tapıldı,Qaldım hər tərəfdən bir əğyar sənə.
Mən fəqiri bəsləmisiz arada,Dadirəsim1 bunca yetişsin dada,Vəsfıni söylərəm həddən ziyada,Heç əskik olmasın mülk, tavar sənə.
Heç olmasın rəqib, gəlməsin əğyar,Gecə-gündüzlü çəkərəm ahu-zar.Tapmamışam hələ yari-vəfadar,Vaxtikən eylərəm xəbərdar sənə.
Qasid gəlcək dərdi dilin bilmişəm,Möhnətilə didəm yaşın silmişəm,Vara-vara Çanaqçıya gəlmişəm,Mən necə bağlayım etibar sənə.
Can içində mən bu canı neylərəm,Ləli-Yəmən, bədəxşanı neylərəm,Xanı, bəyi, mən paşanı neylərəm,Pəriyəm, eylərəm dualar sənə.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-peri-sene
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Belə əhd eyləmişəm, ey bacı, cananım ilən,Ərseyi-Kərbübəladə boyanım qanım ilən.
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
Cəfərqulu xanın Nəvvab Möhsün Mirzə Məmmədqulu Çakər vasitəsilə cavabıEy seyvid və növcavan sərvər,Bu dünyada sənin cəddin məşhurdur.
PəriSərasər sərində mürəssə kuləh,Siyah pirahən sən, simtən pəri,