Sənə yovuşmaram
Görüşə bilirmiş əvvəl axırla,Uçmusan gümanlı sorağın üstə.Qayıdıb gəlmisən köhnə cığırlaBir külü sovrulmuş ocağın üstə.
“Tanıdın?”, “Tanıdım!” – tanımarammı?!“Sən məni qınama!” – qınamarammı?!Qaçan peşimandı, sona varanmı,Qanadı yananmı çırağın üstə?!
Bilirəm: həyətdə gözləyir maşın,Bilirəm: dövlətin başından aşır,Arılar çöllərdə gülə daraşır,Sən isə qonmusan yarpağın üstə!..
Günün xoş, qəlbin boş! – necə sınandın?Gəldin ki, içəsən, içə son andı,Qızıl boyunbağın – qızıl qanındı,Soyuq göz yaşındı qolbağın üstə.
Gülüşün turşumuş, sözlərin əzik!Bu halda sən kimsən, ay bəxti kəsik?Bilsəm ki, dünyada qalan tək bizik,Sənə yovuşmaram torpağın üstə!..
16.X.1980
Kitabxana.az · https://kitabxana.az/works/sabir-rustemxanli-sene-yovusmaram
← → düymələri ilə keçid, R — təsadüfi şeir