Ha gedirəm yol çətindir,Mən inadcıl, yol mətindir,Bəlkə tale qismətimdirTufanlarla yarışmağım.

Bu ağrıdan qaçan varmı,Ağrı məqsəd, ağrı barmı,Bir kimsəni ağrıdarmıTorpaqlara qarışmağım?

Geci-tezi solan cansaDediyim söz qılınc olsun.Bir nəsilə qaxınc olsunYalanlarla barışmağım...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale