Xaki-rəh etdi aşiqi-miskini ol həvəsKim, paybusi-yarə qaçan bula dəstrəs.

Razi-dəruni dışraya salmaq rəva degil,Budur günahı kim, asılır müttəssil cərəs.

Didari-dustdur iki aləm nəticəsi,Yox ondan özgə aşiqə aləmdə mültəməs.

Sinəm həvayi-eşqin ilə doldu ney kimi,Dəm urduğumca ahü fəğandır çıxan nəfəs.

Hər qeyd olursa məhz bəladır ki bülbüləGər şaxi-güldən olsa, küdurət verər qəfəs.

Ol qəmzədən, könül, əgər istərsən iltifat,Tiği-təcərrüd ilə canından əlaqə kəs.

Məqtə — şairin təxəllüsü olan son beyt. Olmaz vücudi-aşiqə eşq içrə e’tibar,Dözməz, Füzuli, atəşi-suzanə xarü xəs.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq