Nola gər rəşki-rüxsarinlə bağrı xubların qandır artar
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Nola gər rəşki-rüxsarinlə bağrı xubların qandır,
Daşı tə’sir ilə lə’l eyləyən xurşidi-rəxşandır.
Müjən gər səngdillər könlünü alsa əcəb olmaz,
Onuntək abnus ox layiqi-fulad peykandır.
Pərivəşlər dili-səxtinə düşmüş mehri-rüxsarın,
Sənin əksin alan fulad güzgulər firavandır.
Dəhanın dürci kim, qeydin çəkərlər hurpeykərlər,
Pərilər ta’ətiçün xatəmi-mülki-Süleymandır.
Atın yolunda xublar sürsələr üz nola əmrinlə,
Mələk xeyli sücudi-Adəm etmək nəssi-Qur’andır.
Qatı könlünə bağrı daşların düşmüş qəmi-eşqin,
Bir oddur eşqi-dilsuzun ki, daşlar içrə pünhandır.
Gəzər kuyində hər yan çox giribançak gülrüxlər,
Bu rəng ilə Füzuli, ol səri-ku bir gülüstandır.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-nola-ger-reski-ruxsarinle-bagri-xublarin-qandir-artar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Tərbiyət almaq fəqət mümkündür istedaddan.
Oxlarından həlqə-həlqə oldu zəncir tək tənimAşiqi-divanəyəm, eşqindi zəncirim mənim.
Hicran günündə hali-dili-zar olar çətinGər bilməsə bu halımı dildar olar çətin.
Qəmli axşamlarının yoxmu, ayüzlüm, səhəri?Qəmdən öldüm, hanı bəs mehrü məhəbbət əsəri?
Başqa şairlərin şeirləri · Eşq
— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm
Sevmişəm(Arış) mülkünün Muğan tayındaBir dilbər-məh cəmalı sevmişəm,
Bənzisən qızılgülə sənSəni xuda yaradıb, dilbəra, deyib-güləsən,Nəinki sallayasan qaşqabağuvi belə sən!
Olmuşam səhra-güzər bir Leyli sevdasında mənOlmuşam səhra-güzər bir Leyli sevdasında mən,Gəşti-Məcnuna yetişdim eşq səhrasında mən.