Səbrim alıb fələk, mənə yüz min bəla verür
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Səbrim alıb fələk, mənə yüz min bəla verür,
Az olsa bir məta’, ona el çox bəha verür.
Düşdüm bəlayi-eşqə, xirədməndi-əsr ikən,
El şimdi məndən aldığı pəndi mana verür.
Sanmın əcəb, rütəb yerinə versə lə’li-tər
Nəxli ki, qan yaşım ona nəşvü nəma verür.
Xaki-dərindir ol ki, dünü gün səvab üçün,
Həm ayə sürmə, həm günəşə tutiya verür.
Qılmaz qəbul surəti-iqbal bunca kim,
Ayineyi-vücuduma cövrin cila verür.
Ney kimi cismim oldu oxundan dəlik-dəlik,
Dəm urduğumca yerli-yerindən səda verür.
Hər dərdsizdən umma, Füzuli, dəvayi-dərd,
Səbr eylə, kim ki, dərd veribdir, dəva verür.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-sebrim-alib-felek-mene-yuz-min-bela-verur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Süluki-fəqr ətvarım, məzaqi-eşq halımdır,Təcərrüd aləmi seyrində aləm payimalımdır.
Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sorŞəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor,Zülali-zövq şövqün təşneyi-didar olandan sor.
Xəm açıldıqca zülfündən bəlavü möhnətim artarXəm açıldıqca zülfündən bəlavü möhnətim artar,Bihəmdillah ki, ömrüm uzanar, cəm’iyyətim artar.
Nola gər rəşki-rüxsarinlə bağrı xubların qandır artarNola gər rəşki-rüxsarinlə bağrı xubların qandır,Daşı tə’sir ilə lə’l eyləyən xurşidi-rəxşandır.
Başqa şairlərin şeirləri
Məcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
KeçdiAğbabanın yaylağındanBir cüt gözəl gəldi, keçdi.
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Gözüm gördü, könlüm sevdiYağış tökdü üstümüzəGöylər birdən, bir kərəm, hey!