Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor,Zülali-zövq şövqün təşneyi-didar olandan sor.

Ləbin sirrin gəlib göftarə, məndən özgədən sorma,Bu pünhan nüktəni bir vaqifi-əsrar olandan sor.

Gözü yaşlıların halın nə bilsin mərdümi-qafil,Kəvakib seyrini şəb ta səhər bidar olandan sor.

Xəbərsiz olma fəttan gözlərin cövrün çəkənlərdən,Xəbərsiz məstlər bidadını hüşyar olandan sor.

Qəmindən şəm’ tək yandım, səbadən sorma əhvalım,Bu əhvalı şəbi-hicran mənimlə yar olandan sor.

Xərabi-cami-eşqəm, nərgisi-məstin bilir halım,Xərabat əhlinin halini bir xummar olandan sor.

Məqtə — şairin təxəllüsü olan son beyt. Məhəbbət ləzzətindən bixəbərdir zahidi-qafil,Füzuli, eşq zövqün, zövqi-eşqi var olandan sor.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq