Xəm açıldıqca zülfündən bəlavü möhnətim artar
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Xəm açıldıqca zülfündən bəlavü möhnətim artar,Bihəmdillah ki, ömrüm uzanar, cəm’iyyətim artar.
Demən əksik məni tədric ilə yaqut olan daşdan,Boyandıqca cigər qanilə qədrü qiymətim artar.
Tuta gör göz yolun, ey əşk, kim, təmkinim əksikdir,Bu surətxanənin gördükcə nəqşin heyrətim artar.
Mərizi-dərdi-eşqəm, tərki-aləmdir muradım kim,Bu naxoş mülkdə əyləndigimcə zəhmətim artar.
Büküldü qamətim həsrət yükündən, vəh ki, aləmdəÜmidim əksilib hər ləhzə yüz min, həsrətim artar.
Nə şərbətdir qəmin kim, içdigimcə əksilir səbrim,Nə sehr eylər rüxün kim, baxdığımca rəğbətim artar.
Məqtə — şairin təxəllüsü olan son beyt. Çox olduqca qəmü dərdim rəhi-eşq içrə xoşhaləm,Füzuli, şad olub şükr etməyimmi, ne’mətim artar.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-xem-acildiqca-zulfunden-belavu-mohnetim-artar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Tərk qılmaz ruhumu sevdasının dərdi, inan!
Qəmi-ləlin könüldə saxladım, sandım ki, candır buŞikəstə könlümə guya həyati-cavidandır bu.
Səfərçün çıxdı evdən o gülüzlü məhliqa dilbərGözümdən axdı aramsız üzə yüz qətreyi-əhmər.
Nə etdim bilmirəm yarə ki, küsdü nazlı yar məndənGözündən düşmüşəm yarın, kəsibdir etibar məndən.
Başqa şairlərin şeirləri · Eşq
Kainatın varlığından mənə sən şafi yetər,Qibleyi-mehrabı, cana, qaşının taqi yetər.
MənəGün tək parladı, çıxdı qəsrdən,Gözümə göründü mahtab mənə,
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,
Səndən ayru ölməgim guya ki, təqdir olmadıSəndən ayru ölməgim guya ki, təqdir olmadı,Yoxsa can verməkdə məndən hiç təqsir olmadı.