Buldu kuyindən dəva dərdi-dili-bimarımız
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Buldu kuyindən dəva dərdi-dili-bimarımız,
Sən ağasan, biz quluz, kuyindədir timarımız.
Zahida, gör sinə çakın şö’ləsin, bizdən saqın,
Bir ocağız biz ki, suzandır dərü divarımız.
Nola gər olduysa fani Kuhkən, mən baqiyəm,
Eşqə bizdəndir bəqa, yoxdur yox olmaq varımız.
Gülşəni-qəm nəxliyüz, pərvərdə abi-didədən,
Dağlər bərg, ahi-atəşbarımızdır barımız.
Əhli-tərkin quluyuz, oldur bizə candan əziz,
Yusif isə xudfüruş, onunla yox bazarımız.
Əşkimiz girdabı ali, ömrümüz bünyadı pəst,
Gör nə alçaq dirlikilə cizginir pərgarımız.
Ey Füzuli, cövri-yarü tə’neyi-əğyardən
Var yüz min qəm, bu həm bir qəm ki, yox qəmxarımız.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-buldu-kuyinden-deva-derdi-dili-bimarimiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Öylə rənadır, gülüm, sərvi-xuramanın səninKim, görən bir gəz olur, əlbəttə, heyranın sənin.
Payibənd oldum səri-zülfi-pərişanım görübPayibənd oldum səri-zülfi-pərişanın görüb,Nitqdən düşdüm ləbi-ləli-dürəfşanın görüb.
Vətənimdir vətənimdir vətənimdir vətənimPənbeyi-daği-cünun içrə nihandır bədənim,Diri olduqca libasım budur, ölsəm, kəfənim.
Pərişan xəlqi-aləm ahü əfğan etdiyimdəndirPərişan xəlqi-aləm ahü əfğan etdiyimdəndir,Pərişan olduğum, xəlqi pərişan etdiyimdəndir.
Başqa şairlərin şeirləri
Badi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
آنان که به فکر اعتبارنددر دیده اعتبار خارند
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,