Xəm qədilə ağlaram ol türreyi-tərrarsız
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Xəm qədilə ağlaram ol türreyi-tərrarsız,
Gərçi derlər çəngdən çıxmaz tərənnüm tarsız.
Sineyi-çakimdən əksik etmə tiri-qəmzəni,
Ey güli-rə’na, bilirsən kim, gül olmaz xarsız.
Saxlamazdım navəkin dildə, bəlasın çəkməsəm,
Su verib ol nəxli bəslərdimmi olsa barsız?
Yol azarsan zülməti-heyrətdə, ey dil, vaqif ol,
Zinhar, ol kuyə varma ahi-atəşbarsız.
Giryəyi-zar ilə xoşhaləm ki, bəhri-eşqdə,
Əşksiz göz bir sədəfdir, lö’löi-şəhvarsız.
Canə azari-xədəngin xoş gəlir, ey qaşı yay,
Bir sifariş qıl ki, bizdən ötməsin azarsız.
Zöhddən keçməz Füzuli, eyləməz tərki-riya,
Pənd çox verdim, eşitməz, arsızdır, arsız.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-xem-qedile-aglaram-ol-turreyi-terrarsiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səni gördükdə cismimdən əsər mən görmərəm əsla.
Şümşaddır, deyim necə, ol sərv qamətinAğzın necə yumum, desəm əhli-məlamətin?
Xeyli vaxtdır sənlə, ey gül, dərdisər az etmişikKuyinə, qorxub rəqiblərdən, güzər az etmişik.
İsladam, kaş, ürək qanı ilə xaki-dərinHali-dildən ola hər rəng ilə olsa xəbərin.