روزگاری شد ز کویت درد سر کم کرده ایمسویت از بیم رقیبانت گذر کم کرده ایم

Xeyli vaxtdır sənlə, ey gül, dərdisər az etmişik,Kuyinə, qorxub rəqiblərdən, güzər az etmişik.

ناله ما را از سگان کوی او شرمنده داشتزین خجالت درد سر زان خاک در کم کرده ایم

Naləmiz təşvişə salmışdır yanında itləri,Olmuşuq şərməndə, onlardan həzər az etmişik.

همعنان ماست غم تا رفته ایم از کوی تودر جهان زین ناملایم تر سفر کم کرده ایم

Biz qapıdan ayrılınca, qəm olub yoldaşımız,Ömrümüzdə bunca narahat səfər az etmişik.

بی رخت قطع نظر از دیدن عالم نکردزین سبب از مردم دیده نظر کم کرده ایم

Etməmişlər sənsiz aləmdən, gülüm, qəti-nəzər,Ol səbəbdən mərdümi-çeşmə nəzər az etmişik.

کم نشد دور از تو آب چشم ما معذور دارگر غبار درگهت از چشم تر کم کرده ایم

Olmadı göz yaşımız hicrində kəm, əfv et bizi,Asitanın tozunu yaşla əgər az etmişik.

غیر افغان نیست بر یاد سگانت کار ماتا جدایم از درت کار دگر کم کرده ایم

Asitanında olubdur karımız ahü fəğan,Ayrılarkən dərgəhindən xeyrü şər az etmişik.

Məqtə — şairin təxəllüsü olan son beyt. تا جدایم از در جانان فضولی چون سکانبی فغان و ناله شامی را سحر کم کرده ایم

Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, düşdük ol gündən ki, canandan cida,Naləsiz, fəryadsız şamü səhər az etmişik.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri