Göz yaşımdan suzi-pünhanım edər arif qiyas,

Necə kim, tə’siri-əncümdən degil əxtərşünas.

Qandürür kim, dəmbədəm gözdən yenib, örtər tənim,

Dəşti-qəm Məcnuniyəm, mən qandanü qandan libas?

Xiştlərtək bir-biri üzrə cigər pərkaləsin,

Göz yığıb salmış hübabi-xun binasiçün əsas.

Ey sanan julidə mu başında Məcnunun, saqın,

Bitəkəllüf getmə kim, Leyli evidir ol pəlas.

Ləhzə-ləhzə xəm qədim peykanın istər, ya qılır

Zərrə-zərrə mahi-növ xurşiddən nur iqtibas.

Tiği-qəmzən öylə bürrandır ki, cəlladi-əcəl

Töksə qan tə’cil üçün tiğindən eylər iltimas.

Ey Füzuli, zəhri-qəhrilə doludur tasi-çərx,

Çəkməz onun qəhrini hər kim, çəkər bir dolu tas.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri