Bu gün tiğin çəkib, çıxmışdır ol namehriban sərxoş
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Bu gün tiğin çəkib, çıxmışdır ol namehriban sərxoş,
Saqın, ey rəhm edən caninə kim, bilməz aman sərxoş.
Ona hüşyar ikən dərdi-dil istərmən deyəm, saqi,
Peyapey sunma camı, qılma ol sərvi rəvan sərxoş.
Degil təqvadən etsəm badə tərkin, vəhmim ondandır
Ki, izhar eyləyim xəlq içrə eşqin nagahan sərxoş.
Məgər qan içmək ilə əsrümüş nərgislərin, vər nə
Bəsi mey nuş edənlər gördüm, olmaz böylə qan sərxoş.
Meyi-eşqinlə sərməst olduğum eldən nihan qalmaz,
Mühali-əqldir kim, saxlaya razin nihan sərxoş.
Könül ta oldu bixud, aldı qəmzən canımı təndən.
Verər yəğmayə nəqdi-gəncin olğac pasiban sərxoş.
Füzuli, qeyr ilə xəlvət məgər bəzm etmiş ol gülrux,
Rəqibi-kəcrövü gördüm bu gün bari yaman sərxoş.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-bu-gun-tigin-cekib-cixmisdir-ol-namehriban-serxos
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Həyat sərf edübən, dərd qılmışam hasil,Sirişki-alü rüxi-zərd qılmışam hasil,
Sirişkriz güləndamlər həvasiləSirişkriz güləndamlər həvasilə,Şikəstəhal siyəhzülflər bəlasilə,
Həsud surəti-əhvalimə nəzər qılmazHəsud surəti-əhvalimə nəzər qılmaz,Cəfa qılır məni-biçarəyə, həzər qılmaz,
Xoşam ki, xameyi-təqdiri-eyzədi-mütəalXoşam ki, xameyi-təqdiri-eyzədi-mütəal,Vücud lövhinə təsvir edəndə surəti-hal,
Başqa şairlərin şeirləri · Eşq
از پی عکس رخ خویش مهیّا دارش
Çıxmaz başımdan eşq ilə sevdası dilbərinÇıxmaz başımdan eşq ilə sevdası dilbərin,Könlümdə var həmişə təmmənnası dilbərin,
Ay gözəl-gözəlYer var ki, yol düşüb, karvan işləməz,Dost dərməz güllərin, ay gözəl-gözəl.
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,