Həmdi-bihəd dəmbədəm ol mübdi i - əşyayə kim
Həmdi-bihəd dəmbədəm ol mübdi'i-əşyayə kim,
Xilqəti-imkan vücubi-zatini icab edər.
Gəh səvadi-girdbadi-qəhri xaki-tirəyi
Tutiyayi-dideyi-xurşidi-aləmtab edər.
Gəh nüzuli-qətreyi-barani-əbri-rəhməti
Yer yüzündə səbzeyi-pəjmürdəyi sirab edər.
Meydə müzmər eyləyib keyfiyyəti-təğyiri-hal,
Simbərlər zülfünü can qeydinə qüllab edər.
Canə həm, əlbəttə, ondandır bu iste'dad kim,
Rəğbəti-məhbubü pərvayi-şərabi-nab edər.
Ola kim, məqbul edə üzri-günahim, çün bilir,
Kim, əməl təklifini cəm'iyyəti-əsbab edər.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qite-1-hemdi-bihed-dembedem-ol-mubdi-i-esyaye-kim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ki, dinlər ahü zar etdikcə bülbül.
Tökülüb zülfi-pərişan üzünə halə misalArizin bədrə dönüb, var iki yanında hilal.
Kirpiyindən qanlı bir köynək geyinmişdir tənimGöz yaşımla çak-çak olmuşdur ol pirahənim.
Muradə yetmədən kuyindən, ey siminbədən, getdimÜrəkdə dağ, qıldım lalə tək tərki-çəmən, getdim.
Başqa şairlərin şeirləri · Eşq
Başına döndüyüm, ey nazlı dilbər,Gəlirmi guşuna sədalar məndən
Sünbül saçın gül yüzünə çünkim niqab olur, şəhaSünbül saçın gül yüzünə çünkim niqab olur, şəha,Pünhan olan gözün ol dəm şol afitab olur, şəha,
GözlərAman allah, sevgi necə şirindi,Məcnun Leyli deyin bu dağı gözlər.
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.