Çox təfaxür qılma cəm'i-mal ilə, ey xacə kim,

Simü zər cəm'iyyəti-əhli-qürur eylər səni.

Barigahi-qürbdən cəm'iyyəti-malü mənal,

Hər nə miqdar olsa, ol miqdar dur eylər səni.

Gərçi ne'mət çox, kifayətdən təcavüz qılma kim,

İmtila bari-bədəndir, bihüzur eylər səni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri