Şəb ki, miftahi-məhi-növ ola gəncinəgüşa,

Qıla peymaneyi-gərduni cəvahirpeyma.

Gizləyib çeşmeyi-xurşid suyun kuzeyi-çərx,

Qətrə-qətrə qıla əncüm rəşəhatın peyda.

Lalərəng ola şəfəqdən fələki-minafam,

Dişrə salmış kimi əksi-meyi-gülgun mina.

Məhi-növ camini dövrə gətirə saqiyi-dəhr,

Əncümi-çərxə sala nəş’eyi-tə’siri-həva.

Mən həm ol ruhfəza rahi tökəm sağərə kim,

Nəxli-himmət rəşəhatından ala nəşvü nüma.

Tutar olsam, nə əcəb, mey ətəgin dürd sifət,

Eyləyibdir necə toprağı bu iksir tila.

Cam dövrində, Füzuli, oxudum mey vəsfin:

Atəşi-xirməni-qəm, abi-həyati-hükəma.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana