Hər zaman mənzur bir şuxi-sitəmgərdir mana
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Hər zaman mənzur bir şuxi-sitəmgərdir mana,
Qanda olsam bir bəla həqdən müqəddərdir mana.
Ol xəmi-əbruyə qılsam səcdə hər saət, nola,
Qiblə ilə ol xəmi-əbru bərabərdir mana.
Qəm degil, cismimdə gər səngi-məlamət zəxmi var,
Şəhneyi-bazari-sevdayəm, bu zivərdir mana.
Gözdə xunaludə peykanın xəyalilə xoşam,
Hər biri, guya ki, bir bərgi-güli-tərdir mana.
Zəxmlərdən min ağız açdı ədayi-şükrə kim,
Hər oxun bir ne’məti-qeyri-mükərrərdir mana.
Əql irşadilə bulmaq kam mümkündür, vəli
Dami-rah ola həlqeyi-zülfi-müənbərdir mana.
Əxtəri-bəxtim vəbalin gör ki, ol məhdən gələn
Mehrlərdir özgəyə, cövrü cəfalərdir mana.
Ey Füzuli, mənzili-məqsudə yetsəm, nə əcəb,
Xidməti-piri-müğan irşadı rəhbərdir mana.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-her-zaman-menzur-bir-suxi-sitemgerdir-mana
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səba, əğyardan pünhan, qəmim dildarə izhar et!Xəbərsiz yarımı hali-xərabimdən xəbərdar et!
Səba, lütf etdin, əhli-dərdə dərmandan xəbər verdinSəba, lütf etdin, əhli-dərdə dərmandan xəbər verdin,Təni-məhzunə candan, canə canandan xəbər verdin.
Səbadən gül üzündə sünbüli-pürpiçu tab oynarSəbadən gül üzündə sünbüli-pürpiçü tab oynar,Sanasan pər açıb, gülşəndə bir mişkin qürab oynar.
Can vermə qəmi-eşqə ki, eşq afəti-candırCan vermə qəmi-eşqə ki, eşq afəti-candır,Eşq afəti-can olduğu məşhuri-cahandır!