Ey navəki-şövqin sipəri-sineyi-əhbab
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ey navəki-şövqin sipəri-sineyi-əhbab,Zülfün xəmi ərbabi-vəfa seydinə qüllab!
Mehrabdə şəkli-xəmi-əbruyi-lətifin,Vacib bu cəhətdən qamuya səcdeyi-mehrab.
Suzim der idim şəm’ sana eyləyə rövşən,Nəzzareyi-rüxsarına yox şəm’də həm tab.
Xurşid cəmalından ol ay saldı niqabın,Sübh oldu, dur ey bəxt, nədir munca şəkərxab?
Dün sübh yetirdim fələkə mövci-sirişkim,Qərq etdi fələk üzrə olan əncümü girdab.
Saqi məgər ol lə’l sözün der meyi-nabəKim, düşdü əyağinə, əlin öpdü meyi-nab?!
Məqtə — şairin təxəllüsü olan son beyt. Cəm’iyyəti-əsbabə könül vermə, FüzuliKim, təfriqədir xatirə cəm’iyyəti-əsbab
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-ey-naveki-sovqin-siperi-sineyi-ehbab
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Saqi, meyi-laləfam yoxmu?Dözmən bu xumara, cam yoxmu?
Bu, Məcnunun şəmmeyi-keyfiyyəti-halıdır və bə'zi sifati-kəmalıdırMəcnun idi mulki-dərd şahı,Xeyli-dədü dam onun sipahı.
Bu, Məcnunun sidq ilə münacat etdigidir və navəki-duası hədəfi-icabətə yetdigidirBir gecə ki, zülməti-ziyasuzZülfi-şəbi etdi bürqeyi-ruz,
Bu, İbni Səlamın keyfiyyəti-vəfatıdır və Leylinin ol bəladan nicatıdırSaqi, fələkin gör inqilabın!Göstər qədəh içrə mey hübabın!
Başqa şairlərin şeirləri · Eşq
Ey ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Deyişmə— Xurşid:Aman Çoban, mən yarımı ararəm,
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən
Adam da adamı bu qədər istəyər...Deyirlər sevginin öz dövrü, yaşı var,Peşiman oluram baxanda güzgüyə...