Bu, İbni Səlamın keyfiyyəti-vəfatıdır və Leylinin ol bəladan nicatıdır
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
Saqi, fələkin gör inqilabın!
Göstər qədəh içrə mey hübabın!
Mey ayineyi-cahannümadır,
Xaki zər edən bu kimiyadır.
Bu faidə bəs degilmi ondan
Kim, fariğ edər qəmi-cahandan?
Bir xabü xəyal imiş bu aləm,
Bu xabü xəyala olma xürrəm!
Əhvali-zemanə münqəlibdir,
Ondan xirəd əhli müctənibdir.
Qəm matərain eyləyəndə bünyad,
Neyyah bu növ çəkdi fəryad
Kim, İbni Səlamı etdi gərdun
Amaci-xədəngi-ahi-Məcnun.
Ol səddi götürməgə aradan,
Əşk oldu rəvan iki yanadan.
Ol növrəsi-natəvan, dəmadəm
Şövq ilə çəkərdi möhnətü qəm.
Həsrət ələmi yaman ələmdir,
Qəm bödriqeyi-rəhi-ədəmdir.
Dərdü qəmi-həsrəti-nihani
Sərvi-qədin etdi xizərani.
Üz urdu pozulmağa tilismi,
Bir qayətə yetdi zə'fi cismi
Kim, peykəri nəqşi-bəstər oldu.
Rə'na qədi bəstər istər oldu.
Gün-gündən olub xərab halı,
Qalmadı sağalmaq ehtimalı.
Dərdinə dəva bulunmaz oldu,
Rəncinə şəfa bulunmaz oldu.
Əndişeyi-ömrü oldu batil,
Catı verdivü Həqqə oldu vasil.
Kimdir ki, gəlib cahana getməz?
Kim kamil olur, o zavala yetməz?
Budur rəhü rəsmi ruzigarın
Kim, ola xəzanı hər bəharın.
Leylini gətirməgə fəğanə,
Ol vaqeə oldu bir bəhanə.
Matəm tutub etdi ol giriftar,
Dırnağı ilə üzünü əfgar.
Çak etdi fərağət ilə camə,
Faş etdi fəğanı xasü amə.
Yandırdı evin, qopardı təxtin,
Taraci-fənaya verdi rəxtin.
Geysuyi-müənbər etdi bərbad,
Əflaka yetirdi ahü fəryad.
Gərdun kimi rəxti niylə urdu,
Atəş kimi başa kül sovurdu.
Derlər, bu idi ərəbdə adət
Kim, ər əgər ölsə, qalsa övrət,
Bir il, iki il tutardı matəm,
Fəryadü fəğan edib dəmadəm.
Xoş gəldi bu adət ol nigarə,
Fəryadü fəğana buldu çarə.
Matəmkədə eylədi məqamın,
Matəmdə keçirdi sübhü şamın.
Bir neçə gün onda ağlayıb zar,
Həm ata evinə döndü naçar.
Əmma dünü gün fəğan edərdi,
Xunabi-cigər rəvan edərdi.
Fəryadə gələndə gahü bigah,
Öz könlündə deyərdi ol mah
Kim: "İbni Səlama rəhməti-Həq,
Eşqim ravişinə verdi rövnəq.
Rəf eylədi pərdeyi-müdara,
Pünhan qəmim etdi aşikara".
Ol vaqeəden olub xəbərdar,
Tutdu rəhi-dəşt Zeydi-qəmxar,
Gördü ki, şikəstəhal Məcnun
Durmuş dədü dam içində məhzun,
Çün verdi səlara, qıldı e'lam
Kim, İbni Səlama netdi əyyam.
Verdi bu qəziyyədən bəşarət
Kim: "Qıldı müarizin xəsarət.
Dəhr İbni Səlamı qıldı pamal,
Leyİi öz evinə döndü xoşhal.
Məcnun çəkib ah, qıldı nalə,
Əfgan edib ağladi bu halə.
Heyrətlərə düşdü Zeydi-qafil;
Bu halət ona göründü müşkil
Kim, fövti-rəqib eşitsə aşiq,
Gülmək gərək, ağlamaq nə layiq?!
Təhqiqi-bəyani-hal qıldı,
Ol vaqeəden sual qıldı.
Məcnun dedi: "Ey vəfalı yarım!
Yoxdurmu bu yolda nəngü arım?
Cananəyə can verib yetibdir,
Can verməyən arada itibdir.
Ol dostum idi, degildi düşmən,
Həm ol ona aşiq idi, həm mən.
Ol canını verdi vasil oldu,
Öz mərtəbəsində kamil oldu,
Nəqsim mənim irmədi kəmalə,
Eyb eyləmə ağlasam bu halə".
Qəzəl
Aşiq oldur kim, qılır canın fəda cananinə,
Meyli-canan etməsin hər kim ki, qıymaz caninə.
Canmı cananə verməkdir kəmalı aşiqin,
Verməyən can, e'tiraf etmək gərək nöqsaninə.
Vəsl əyyam! verib cananə can, rahət bulan,
Yeydir ondan kim, salır canın qəmi-hicraninə.
Eşq rəsmin aşiq öyrənmək gərək pərvanədən
Kim, göyər gördükdə şəm'in atəşi-suzaninə.
Fani ol eşq içrə kim, bənzər fənası aşiqin
Feyzi-cavid ilə Xızrın çeşmeyi-heyvaninə!
Eşq dərdinin dovası qabili-dərman degil,
Tərki-can derlər bu dərdin mö'təbər dərmaninə.
Hiç kim canan üçün can verraogo laf etməsin
Kim, gəlibdir bu sifət ancaq Füzuli şaninə.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-leyli-ve-mecnun-58
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Razi-eşqin saxlaram eldən nihan, ey sərvinaz,Getsə başım şəm tək, mümkün deyil ifşayi-raz.
Rəvacın nəqdi-peykanınla bulmuş hüsn bazarıRəvacın nəqdi-peykanınla bulmuş hüsn bazarı,Keçər nəqdin əgər min Yusifin olsan xiridarı.
Rəngi-ruyindən dəm urmuş sağəri-səhbayə bax!Rəngi-ruyindən dəm urmuş sağəri-səhbayə bax!Afitab ilə qılır dəva, tutulmuş ayə bax!
Rəhm et, ey şəh, məni-dərviş çəkən ahlərəRəhm et, ey şəh, məni-dərviş çəkən ahlərəKi, gəda ahı əsər eylər olur şahlərə.
Başqa şairlərin şeirləri · Eşq
رخ اینجا مظهر حسن خدایی استمراد از خط جناب کبریایی است
Təkamüli-mə'kus və ümmidi-pərişanBir gözələ*Şəbrəng saçların nə pərişandır, ey pəri,
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.