Can vermə qəmi-eşqə ki, eşq afəti-candır
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Can vermə qəmi-eşqə ki, eşq afəti-candır,Eşq afəti-can olduğu məşhuri-cahandır!
Sud istəmə sövdayi-qəmi-eşqdə hərgiz!Kim, hasili-sövdayi-qəmi-eşq ziyandır!
Hər əbruyi-xəm qətlinə bir xəncəri-xunriz,Hər zülfi-siyəh qəsdinə bir əfi ilandır!
Yaxşı görünür surəti məhvəşlərin, əmmaYaxşı nəzər etdikdə, sərəncamı yamandır!
Eşq içrə əzab olduğun ondan bilirəm kim,Hər kimsə ki, aşiqdir, işi ahü fəğandır!
Yad etmə qara gözlülərin mərdümi-çeşmin,Mərdüm deyib aldanma kim, içdikləri qandır!
Məqtə — şairin təxəllüsü olan son beyt. Gər dersə Füzuli ki: "Gözəllərdə vəfa var"Aldanma ki, şair sözü, əlbəttə, yalandır.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-can-verme-qemi-esqe-ki-esq-afeti-candir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Can içində dərdi-eşqin olalı, cana, müqim,Gözlərindən sayru könlüm oldu sağü müstəqim.
Pərişan olduğum anlarBuludlarda aypara var,Ürəyimdə həzin kədər.
LələXəstə cismim bir cananın ucundan,Yanıb atəşlərə əriyir, Lələ,
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri