Səbadən gül üzündə sünbüli-pürpiçu tab oynar
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Səbadən gül üzündə sünbüli-pürpiçü tab oynar,
Sanasan pər açıb, gülşəndə bir mişkin qürab oynar.
Xəyali-arizin cövlan edər bu çeşmi-pürnəmdə,
Nəçük kim, mövclənmiş suda əksi-afitab oynar.
Rüxün görgəc olur suzi-dərunü dərdi-dil hasil,
Bahar əyyami sıçrar bərqi-rəxşəndə, səhab oynar.
İrağ olsun yaman gözdən, nə xoş saətdir ol saət
Ki, məşuqilə aşiq eyləyib nazü itab oynar.
Riyayi-zahidi-xüşkün simaindən nolur hasil,
Xoş ol kim, rindi-meyxarə, içib cami-şərab, oynar.
Bu qəmlər kim, mənim vardır, bəirin başinə qoysan,
Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab, oynar.
Qılır köz pərdəsin xunabi-həsrət çak hər dəm kim,
Rüxündə ləzzəti-didar zövqindən niqab oynar.
Füzuli, rəşkdən titrər dili-pürxuni üşşaqın,
Binaguşində yarın hər zaman kim, ləli-nab oynar.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-sebaden-gul-uzunde-sunbuli-purpicu-tab-oynar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Könlüm ətfalə qocaykən məni baziçə edər.
Arxanca kölgə olmaq fəxrimdir, ey səmənbərTa səcdəgahım olsun sən gəzdiyin o yerlər.
Bizimlə zahidin felində bunca kim, təfavüt varNədir illət bizə ondan yetər hər ləhzə min azar?
Ey üzün gülşəni gülzari-cahandan rəna.Nə qədər var güli-rəna üzün ondan rəna.
Başqa şairlərin şeirləri · Eşq
Yaxşı olur qövm ü qardaşEl başına dönim sənin
VarYar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.
Xosrov və Şirin, fəsil 71Tovuza bənzəyən o afəti-canŞəkər tüngün açdı ləl sandığından.
Bu nə gövhərdirBir gözəl sevmişəm günəş camalı,Gərdəni minadır, qədi ərərdir.