می دهد زاهد به ما هر لحظه آزار دگر
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
می دهد زاهد به ما هر لحظه آزار دگرگرچه ما کار دگر داریم او کار دگر
Bizimlə zahidin felində bunca kim, təfavüt var,Nədir illət bizə ondan yetər hər ləhzə min azar?
کس نمی یابم باو اظهار درد دل کنمنیست در دام بلا چون من گرفتار دگر
Bəla damində yoxdur məndən özgə qəm giriftarı,Tapılmaz kimsə ta dərdi-dilim mən eyləyim izhar.
در جهان ای بیبدل این فتنهها تنها ز تستآه اگر پیدا شود مثل تو خونخوار دگر
Tayın yoxdursa da, fitnən bütün dünyanı doldurmuş,Nolar, bilməm, tapılsa bir nəfər də sən kimi xunxar?
مرهم زخم دلم موقوف کردی بر اجلکردی این ویرانه را محتاج معمار دگر
Əcəldir, söylədin, dərman mənim qəlbimdəki dərdə,Bu viran könlümə göstərdin, ey gül, başqa bir memar.
این نمازم بس بود کز سجده آن ابروانسر چو بردارم بسجده سر نهم بار دگر
Qaşın mehrabı səcdə nəmazımdır ki, mən hər dəmƏyib baş torpağa peyvəstə səcdə eylərəm təkrar.
با که گویم حال بیداری شبها چون کنمهم مگر با آن که جز او نیست بیدار دگر
Yuxum gəlməz gecə, bir kimsə yoxdur söyləyim dərdim,Deyəm ol kimsəyə kim, hər gecə yatmaz, qalar bidar.
Məqtə — şairin təxəllüsü olan son beyt. در ره یاری که دارم به که ترک سر کنمچند گیرم چون فضولی هر زمان یار دگر
Məqtə — şairin təxəllüsü olan son beyt. Rəvadır başımı versəm yolunda yarımın qurban,Füzuli kimi, mən hər gün tapa bilməm yeni bir yar.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-204
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Parlayıb bir gün kimi, aşubi-dövran olmusan.
Ya rəbb, o dərdsiz dərdimə dərman edər, ya yox?Bir dərdə düçarəm, ona çarə edər, ya yox?
Nə xəta çıxmış əlimdən, salmısan gözdən məniMehrini əğyarə saldın, böylə bilməzdim səni.
Səndən özgə bizlərin yoxdur pənahı, ya nəbi!Dərgəhindir bizlərin ümmidgahı, ya nəbi!
Başqa şairlərin şeirləri · Eşq
Ruşən gecəsində, xoş bir saatda,Namə gəldi bu səhrayə, sevdiyim.
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Yadındamıdır?Ey hüsni-mücəssəm mələkim, nazlı nigarım,Ey idulim, ey idyalım, ey sevgili yarım,