Ərzurumun gədiyinə varanda,Türkü deyib, Kərəm kimi alışdım,Göz yaşımı gizləməyə çalışdım,Ərzurumun gədiyinə varanda.

Ərzurumun gədiyinə varanda,Gördüm qartal oylağına varmışam,Quzğunların öfkəsini yarmışam,Ərzurumun gədiyinə varanda.

Ərzurumun gədiyinə varanda,Yoxa çıxdı içimdəki darlığım,Bu varlığa ayna oldu varlığım,Ərzurumun gədiyinə varanda.

Ərzurumun gədiyinə varanda.Göy gurladı, şimşək çaxdı, sel axdı,Onda gördüm bölük-bölük el axdı,Ərzurumun gədiyinə varanda.

Ərzurumun gədiyinə varanda,Öz əlimlə öz yaramı saranda,Gözlərimdə yaylaq oldu aran da,Ərzurumun gədiyinə varanda.

İstanbul, 1984

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri